Nazir Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə rəis təyin etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə rəis təyin etdi

Qafar Ağayev10:47 - 03 / 07 / 2024
Nazir Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə rəis təyin etdi

Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Cəmil Kamilli Tibb baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bu barədə 1news.az-a Ədliyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Cəmil Kamilli 1987-ci ildə anadan olub. 2010-cu ildə Azərbaycan Tibb Universitetini ümumi cərrahiyyə ixtisası üzrə bitirib. O, 2012-2015-ci illərdə Türkiyə Respublikasının Hacettepe Universitetinin Tibb fakültəsində tibbi-elmi araşdırmalar apararaq qastroenterologiya üzrə üst ixtisas dərəcəsi əldə edib.

Əmək fəaliyyətinə 2008-ci ildə Kliniki Tibbi Mərkəzdə başlayan Cəmil Kamilli 2010-2011-ci illərdə Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim kimi çalışıb.

Cəmil Kamilli 2016-2019-cu illərdə Respublika Müalicəvi Diaqnostika Mərkəzində, 2019-cu ildən bu vəzifəyə təyin olunanadək isə “Leyla Medical Center” MMC-də həkim-qastroenteroloq kimi fəaliyyət göstərib.

Paylaş:
375

Son xəbərlər

Bütün xəbərlər