Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbinin direktoru vəzifəsindən azad edilib - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbinin direktoru vəzifəsindən azad edilib - AÇIQLAMA

Qafar Ağayev10:35 - 03 / 07 / 2024
Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbinin direktoru vəzifəsindən azad edilib - AÇIQLAMA

Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova vəzifəsindən azad edilib.

1news.az “Azərbaycan müəllimi” qəzetinə istinadən xəbər verir ki, bu məlumatı Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən təsdiqləyiblər. İdarədən bildirlib ki, o, vəzifəsindən azad edilməsi ilə bağlı özü ərizə yazıb.

Direktor vəzifəsindən ayrılmasına səbəb kimi isə səhhətində yaranan problemləri qeyd edib. O, fəaliyyətini sözügedən təhsil müəssisəsində müəllim kimi davam etdirəcək.

Qeyd edək ki, N.Həsənova bu vəzifəyə 2022-ci ildə təyinat alıb. O daha öncə Zəngilan rayon 14 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyib.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən, həmçinin o da bildirlib ki, Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru Həsənova Nərmin işlədiyi müddətdə vəzifə funksiyalarının icrasına hər zaman məsuliyyətlə yanaşıb, öhdəliklərini layiqincə yerinə yetirib.

Məsələ ilə bağlı Nərminə Həsənova da açıqlama verib. O açıqlamasında qeyd edib ki, Böyük Qayıdışın ilk məktəbi – Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru olmaq qürurverici hissdir:

“Doğma torpaqlarda müəllimlərimiz, şagird və valideynlərimizlə əl-ələ verib təhsilimiz üçün var gücümüzlə çalışdıq.

Təəssüf ki, səhhətimdə yaranmış problemlərlə bağlı məktəb direktoru vəzifəsindən ayrılmalı oldum. Ancaq doğma Ağalıda tarix müəllimi kimi fəaliyyətimi davam etdirəcəyəm.

Yeni təyin olunacaq direktorumuza da fəaliyyətində uğurlar arzulayıram. İnanıram ki, kollektivimizlə birgə böyük uğurlara imza atacağıq”, - deyə N.Həsənova əlavə edib.

Paylaş:
282

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər