Bağlar ərazisində qanunsuz hasarlar söküldü - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bağlar ərazisində qanunsuz hasarlar söküldü - VİDEO

Qafar Ağayev10:15 - 03 / 07 / 2024
Bağlar ərazisində qanunsuz hasarlar söküldü - VİDEO

Fövqəladə Hallar Nazirliyi tərəfindən Sumqayıtda qanunsuz hasarlar sökülüb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq Sumqayıt şəhərinin Xəzər bağları yaşayış massivi ərazisində qanunsuz hasarlama işlərinin aparılması faktları aşkar edilib.

Agentlik tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikilən hasarlar sökülüb.

Paylaş:
205

Son xəbərlər

Bütün xəbərlər