Azərbaycanın müdafiə naziri Belarusa səfər edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın müdafiə naziri Belarusa səfər edib

Qafar Ağayev15:18 - 02 / 07 / 2024
Azərbaycanın müdafiə naziri Belarusa səfər edib

İyulun 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasına səfər edib.

1news.az xəbər verir ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Minsk şəhərində keçiriləcək bu ölkənin alman-faşist işğalçılarından azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş hərbi paradda, həmçinin Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirakı planlaşdırılır.
Müdafiə nazirinin rəsmi səfəri iyulun 3-dək davam edəcək.

Paylaş:
323

Son xəbərlər

Bütün xəbərlər