Xocalıda xeyli sayda döyüş sursatı aşkar edilib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocalıda xeyli sayda döyüş sursatı aşkar edilib - FOTO - VİDEO

Qafar Ağayev10:43 - 02 / 07 / 2024
Xocalıda xeyli sayda döyüş sursatı aşkar edilib - FOTO - VİDEO

Qarabağ bölgəsində ərazinin mühəndis kəşfiyyatının aparılması zamanı Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus xeyli sayda döyüş sursatı ilə dolu yeşiklər və artilleriya mərmiləri aşkar edilib.

1news.az xəbər verir ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Xocalı rayonu ərazisində aşkar edilən sursat və mərmilər müsadirə edilib.

Azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.

Paylaş:
282

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər