Sədr: Ölkə ərazisinin bəzi sürüşmə bölgələrində aktivlik müşahidə olunur
Son günlər bölgələrdə müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra ölkə ərazisinin bəzi yerlərində ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.
Bunu 1news.az-a Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.
“Yağan yağışlardan sonra şimal bölgəsində, Xınalıq kəndindən 2 km şimal-şərqdə, İsmayıllı rayonunun Qoydan kəndində və Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu hissəsindən keçən 75-ci km-də sürüşmə və çökmə prosesləri qeydə alınıb. Hazırda Agentliyin əməkdaşları tərəfindən sözügedən ərazilərdə araşdırma və monitorinqlər davam etdirilir”, - deyə o qeyd edib.
153