Əhali Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini istəyir? - STM sorğu nəticələrini açıqladı
Azərbaycanda Ermənistanla sülh müqaviləsinin imzalanması dəstəklənir.
1news.az məlumatına görə, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən, respondentlərin mütləq əksəriyyəti Ermənistanla sülhün tərəfdarı olduqlarını bildiriblər.
Belə ki, iyunun 10-22 tarixlərində, yaşı 18 və yuxarı olan 1152 respondent arasında keçirilən sorğu zamanı 83,8% respondent “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına “bəli, dəstəkləyirəm”, 13,5%-i “xeyr, dəstəkləmirəm” cavabını verib.
Respondentlərin 2,7%-i isə bu suala rəyini bildirməkdə çətinlik çəkib.
STM-də hesab edirlər ki, sorğunun nəticələri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə cəmiyyətdə geniş dəstəyin olduğunu göstərir.