Bu gün Bakının 4 rayonununda qaz verilməsində fasilə yaranacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Bakının 4 rayonununda qaz verilməsində fasilə yaranacaq

Qafar Ağayev08:55 - 04 / 07 / 2024
Bu gün Bakının 4 rayonununda qaz verilməsində fasilə yaranacaq

Bu gün Bakının 4 rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə 1news.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 4-də saat 10:00-dan etibarən paytaxtın Qaradağ və Səbail rayonları ərazisindəki qaz xətlərinin kipliyə sınaq olunması, Nəsimi rayonunda yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, həmçinin saat 09:30-dan Xətai rayonunda qaz xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmələrin yenisi ilə əvəz olunması məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Qaradağ, Səbail, Nəsimi və Xətai rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş:
177

Son xəbərlər

Bütün xəbərlər