Səbail rayonunda “Yaşıl ərazi” sakinlərin istifadəsinə verilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Səbail rayonunda “Yaşıl ərazi” sakinlərin istifadəsinə verilib - FOTO

Qafar Ağayev13:40 - 05 / 07 / 2024
Səbail rayonunda “Yaşıl ərazi” sakinlərin istifadəsinə verilib - FOTO

Səbail rayonunda “Yaşıl ərazi” sakinlərin istifadəsinə verilib.

1news.az xəbər verir ki, ölkəmizdə ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindən biridir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar Səbail rayonu ərazisində bir sıra həyətlərdə abadlıq işlərinin aparılması, mövcud yaşıllıqlar bərpa edilməsi, yeni parklar və yaşıllıq zolaqlarının yaradılması, gənclərin sağlam həyat tərzi, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə əyləncə qurğuları yerləşdirilməsi və idman alətlərindən ibarət meydançaların salınması istiqamətində işlərin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur.

"Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar görülən işlər çərçivəsində Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi 1 və 1A ünvanlarında 450-dən çox sakinin yaşadığı çoxmənzilli binaları əhatə edən ərazi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Sakinlərin istək və maraqları nəzərə alınaraq, abadlaşdırılan “Yaşıl ərazi”də bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif idman qurğuları və uşaqlar üçün oyun meydançası, 2 söhbətgah və çoxsaylı oturacaqlar quraşdırılmışdır. Bununla yanaşı, ərazidə mövcud yaşıllıqlar bərpa olunmuş, 300 ədəd müxtəlif növ ağaclar və dekorativ kollar əkilmiş, 1 000 kv.m. ərazidə yaşıllıq zolağı salınmışdır.

Aparılan abadlıq işlərinin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Rayon ərazisində aparılan abadlıq və yenidənqurma işlərini böyük razılıq hissi ilə qarşılayan qəsəbə sakinləri görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Paylaş:
163

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər