Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib

16:18 - 09 / 07 / 2024
Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Milli Məclis sədrinin müavini Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirəyə çıxarılıb.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Paylaş:
357

Son xəbərlər

Bütün xəbərlər