Bəzi yerlərdə qısamüddətli yağış yağıb - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəzi yerlərdə qısamüddətli yağış yağıb - FAKTİKİ HAVA

09:19 - 09 / 07 / 2024
Bəzi yerlərdə qısamüddətli yağış yağıb - FAKTİKİ HAVA

İyulun 9-u saat 9:00-a olan məlumata görə hava şəraiti əsasən yağmursuz keçib, lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağıb.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Göyçay, Şahdağ, Neftçala, Şəkidə 1 mm-dək olub. Şərq küləyi iyulun 8-də sarı xəbərdarlığa uyğun olaraq Gəncədə 18 m/s, Culfa, Şahbuzda 17 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 33, Aran rayonlarında 39, dağlıq rayonlarda 29 dərəcəyədək isti olub.

Paylaş:
243

Son xəbərlər

Bütün xəbərlər