“Birləşdik – 2024” təlimində iştirak edəcək hərbçilərimiz Qazaxıstandadır - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Birləşdik – 2024” təlimində iştirak edəcək hərbçilərimiz Qazaxıstandadır - VİDEO

Qafar Ağayev10:27 - 09 / 07 / 2024
“Birləşdik – 2024” təlimində iştirak edəcək hərbçilərimiz Qazaxıstandadır - VİDEO

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının "Oymaşa" təlim poliqonu və Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak burnunda iyulun 11-dən etibarən "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təlimi keçiriləcək.

1news.az xəbər verir ki, təlimdə ölkəmizi təmsil edəcək Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri Qazaxıstandadır.

Qeyd edək ki, birgə əməliyyat-taktiki komanda-qərargah təlimi iyulun 17-dək davam edəcək.

Paylaş:
254

Son xəbərlər

Bütün xəbərlər