Xırdalanda anbardan 10 000 manat dəyərində avadanlıq oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalanda anbardan 10 000 manat dəyərində avadanlıq oğurlanıb

11:36 - 09 / 07 / 2024
Xırdalanda anbardan 10 000 manat dəyərində avadanlıq oğurlanıb

Xırdalanda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 28-də Xırdalan şəhəri ərazisində yerləşən anbarların birindən 10.000 manat dəyərində təmir-tikinti avadanlıqları oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Samir Orucov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
238

Son xəbərlər

Bütün xəbərlər