Məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesində kimlər üstünlük hüququna malikdir? - Direktor müavini açıqladı
Məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesində bir qrup valideynlərin uşaqları üstünlük hüququna malikdir.
1news.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov deyib.
O, bildirib ki, şəhid ailələrinin övladları; Qarabağ müharibəsi və Vətən Müharibəsi iştirakçılarının və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; tək işləyən valideynlərin uşaqları; orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; hərbi xidmətdə olan valideynlərin uşaqları; təhsilalan anaların uşaqları; çoxuşaqlı ailələrdən olan uşaqlar; qəyyumluqda olan uşaqlar üstünlüyü malik olacaqlar.
232