Vətəndaşlar “E-Polis”ə hansı məsələlərlə bağlı müraciət edib? | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətəndaşlar “E-Polis”ə hansı məsələlərlə bağlı müraciət edib?

Qafar Ağayev14:02 - 10 / 07 / 2024
Vətəndaşlar “E-Polis”ə hansı məsələlərlə bağlı müraciət edib?

Məlum olduğu kimi, 2024-cü ildə Daxili İşlər Nazirliyinin “E-Polis” mobil tətbiqi yaradılaraq vətəndaşların istifadəsinə verilib.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, tətbiqin əsas məqsədi polis-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılması, eləcə də vətəndaşyönümlü xidmətləri təkmilləşdirərək Nazirliyin göstərdiyi elektron xidmətləri daha da əlçatan etməkdir.

Hazırda vətəndaşlar polis idarəsinə getmədən “E-Polis” mobil tətbiqində və ya “e-xidmet.mia.gov.az” portalında Daxili İşlər Nazirliyinin səlahiyyətində olan bir çox xidmətlərdən onlayn qaydada yararlanırlar.

Bəs vətəndaşlar ən çox "E-Polis"ə hansı məsələ üçün müraciət edib?

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, 2024-cü ilin 6 ayında "E-Polis" tətbiqi üzərindən qeydiyyatdan keçmiş ümumi istifadəçi sayı 149.322 nəfər təşkil edib. Qeyd edilən dövr ərzində vətəndaşlar tərəfindən "E-Polis" tətbiqinə 8.040.348 müraciət olunub.

İstifadəçilər tərəfindən ünvanlanmış - şəxsin özü haqqında ətraflı məlumat üzrə - 685.000, yeniliklər və xəbərlərlə bağlı – 521.000, etibarnamə üzrə - 371.000, sürücülük vəsiqəsi üzrə - 304.600, şəxsiyyət vəsiqəsi üzrə - 279.000, pasport məlumatları üzrə - 243.497, məhkumluğa dair arayış üzrə ümumi – 10.342, avtomobilin yüklü olub-olmamasına dair arayış üzrə ümumi – 1445, "Virtual-102” bölməsi üzrə - 1008, müvəqqəti yerləşmə bölməsi üzrə - 616, avtomobilin zədələnməsinə dair arayış üzrə ümumi – 82 sorğu cavablandırılıb.

Qeyd edək ki, “E-Polis” tətbiqini “App Store” və ya “Google Play”dən yükləyə bilərsiniz. Mobil tətbiqə daxil olarkən 6 müxtəlif xana açılır. Buraya “İnformativ məlumatlar”, “Cərimələr”, “Sənədlərim”, “Etibarnamələr”, “Yeni müraciətlər” və “Digər” bölməsi daxildir. Burada informativ məlumatlar əldə edə, sənədlərinizi nəzərdən keçirə və cərimələrinizi onlayn qaydada ödəyə bilərsiniz.

Paylaş:
176

Son xəbərlər

Bütün xəbərlər