Elm və təhsil nazirinin müavini Özbəkistanda səfərdədir
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 13-cü iclası”nda iştirak məqsədilə Özbəkistanda səfərdədir.
1news.az xəbər verir ki, səfər çərçivəsində Həsən Həsənli Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil nazirinin müavini Racabov Sardor Baxtiyoroviç, eləcə də elm, ali təhsil və innovasiyalar nazirinin müavini Daliyev Şoxrux Xojakbaroviçlə görüşüb.
Görüş zamanı iki ölkə arasında məktəbəqədər, ümumi təhsil, elm və ali təhsil sahələrində əməkdaşlığın cari vəziyyət və perspektivləri müzakirə olunub.
264