Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib - FAKTİKİ HAVA

10:27 - 10 / 07 / 2024
Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib - FAKTİKİ HAVA

Saat 10:00-a olan məlumata görə gözlənildiyi kimi, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Gədəbəydə 5 mm, Naxçıvan, Şamaxı, Şəmkir, Qusar, Sabirabadda 1 mm-dək olub.

Şərq küləyi iyulun 9-da sarı xəbərdarlığa uyğun olaraq Culfada 17 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 36, Aran rayonlarında 36-40, dağlıq rayonlarda 29 dərəcəyədək isti olub.

Paylaş:
242

Son xəbərlər

Bütün xəbərlər