Bağçada azyaşlını təhqir edən tərbiyəçi işdən çıxarılıb, müdirin səlahiyyətlərinə xitam verilib - VİDEO
310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb.
Bu barədə 1news.az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib.
Həmçinin əmək məcəlləsinin müvafiq maddəsinə əsasən 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib.
Məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür.
Qeyd edək ki, sosial şəbəkələrdə bağçada azyaşlının tərbiyəçi tərəfindən təhqir olunduğunu əks etdirən video yayılmışdı. Həmin videonu təqdim edirik: