Füzulidə Birinci Qarabağ müharibəsinin şəhidi Muğan Əliyev dəfn edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzulidə Birinci Qarabağ müharibəsinin şəhidi Muğan Əliyev dəfn edilib - FOTO

16:30 - 12 / 07 / 2024
Füzulidə Birinci Qarabağ müharibəsinin şəhidi Muğan Əliyev dəfn edilib - FOTO

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Muğan Gəray oğlu Əliyevin nəşi Füzuli rayonuna gətirilib.

1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi Füzuli şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidlərin doğmaları, Füzuli Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, M.Əliyev 1958-ci il noyabrın 29-da anadan olub. O, 1992-ci il aprelin 12-də Füzuli rayonunun Çimən kəndində itkin düşüb.

Paylaş:
335

Son xəbərlər

Bütün xəbərlər