Lənkəranda 29 yaşlı kişi itkin düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda 29 yaşlı kişi itkin düşüb

18:09 - 13 / 07 / 2024
Lənkəranda 29 yaşlı kişi itkin düşüb

Lənkəranda 29 yaşlı kişi itkin düşüb.

1news.az APA-ya istinadən xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, 1995 - ci il təvəllüdlü Toğrul Eldəniz oğlu Quluzadə dünən səhər saat 06:00 - da işə gedib. Gündüz saat 11 radələrində işlədiyi yerdən, uşaqların xəstə olmaları və evə getmək məcburiyyətində olduğu üçün icazə alıb. O saatdan bu vaxta kimi T.Quluzadədən heç bir xəbər yoxdur.

Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Toğrul Quluzadəni görən, ondan məlumatı olanlardan polisə və ya +994504048464 nömrəsinə məlumat vermələri xahiş olunur.

Paylaş:
627

Son xəbərlər

Bütün xəbərlər