Azad olunmuş ərazilərdə ötən həftə aşkarlanmış minaların sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad olunmuş ərazilərdə ötən həftə aşkarlanmış minaların sayı açıqlandı

Qafar Ağayev15:42 - 15 / 07 / 2024
Azad olunmuş ərazilərdə ötən həftə aşkarlanmış minaların sayı açıqlandı

Azad olunan ərazilərdə iyulun 8-14-də 68 tank əleyhinə mina, 79 piyada əleyhinə mina, 397 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında qeyd olunub.

Bildirilib ki, 1284,4 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) həyata keçirib.

Paylaş:
336

Son xəbərlər

Bütün xəbərlər