Beyləqanda 5 otaqlı ev tamamilə yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Beyləqanda 5 otaqlı ev tamamilə yanıb

Qafar Ağayev08:55 - 15 / 07 / 2024
Beyləqanda 5 otaqlı ev tamamilə yanıb

Beyləqan rayonunda evdə yanğın olub.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, rayonun Bünyadlı kəndində ümumi sahəsi 270 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
253

Son xəbərlər

Bütün xəbərlər