XƏBƏRDARLIQ: Bəzi çaylardan sel keçəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

XƏBƏRDARLIQ: Bəzi çaylardan sel keçəcək

Qafar Ağayev13:12 - 16 / 07 / 2024
XƏBƏRDARLIQ: Bəzi çaylardan sel keçəcək

Azərbaycanda iyulun 18-20-də əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən tarixlərdə bəzi yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur) yağıntıların leysan xarakterli olacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Paylaş:
265

Son xəbərlər

Bütün xəbərlər