Siyəzəndə Rusiya şirkətinə məxsus 3 vaqon reysdən çıxıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Siyəzəndə Rusiya şirkətinə məxsus 3 vaqon reysdən çıxıb

Qafar Ağayev16:38 - 16 / 07 / 2024
Siyəzəndə Rusiya şirkətinə məxsus 3 vaqon reysdən çıxıb

Bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib. Vaqonların yükü taxta materiallarından ibarət olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda vaqonların rels üzərinə qaldırılması prosesinə başlanılıb. Hadisənin baş vermə səbəbi araşdırılır.

Paylaş:
244

Son xəbərlər

Bütün xəbərlər