ASCO tankerləri bu ilin 6 ayında nə qədər yük daşıyıb? | 1news.az | Xəbərlər
Cəmiyyət

ASCO tankerləri bu ilin 6 ayında nə qədər yük daşıyıb?

Qafar Ağayev12:15 - 16 / 07 / 2024
ASCO tankerləri bu ilin 6 ayında nə qədər yük daşıyıb?

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2024-cü ilin yanvar-iyun aylarındakı yükdaşıma göstəricilərini açıqlayıb.

ASCO-dan 1news.az-a verilən məlumata görə, ötən 6 ay ərzində ASCO tankerləri 2 009 536 ton yük daşıyıb.

Bərə və Ro-Pax tipli gəmilərlə daşınan vaqonların sayı 19 068 ədəd, yük avtomobillərinin sayı 17660, minik avtomobillərinin sayı isə 1 079 ədəd olub. Həmçinin bu gəmilərlə 13 433 sərnişin daşınıb.

ASCO-nun universal quru yük gəmiləri hesabat dövründə 363 818 ton yük nəql edib.

Paylaş:
255

Son xəbərlər

Bütün xəbərlər