Beyləqanda silahlı insident baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Beyləqanda silahlı insident baş verib

Qafar Ağayev09:16 - 18 / 07 / 2024
Beyləqanda silahlı insident baş verib

Beyləqan rayonunda silahlı insident olub.

1news.az xəbər verir ki, hadisə rayonun Məşədi Əzizbəyov küçəsində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Samir Axundov münaqişə zəminində tanışı, 1981-ci il təvəllüdlü Yusif Cuvarlını güllələyib.

Yaralı xəstəxanaya yerləşdirilib. Samir Axundov polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Paylaş:
254

Son xəbərlər

Bütün xəbərlər