COP29 könüllüləri İçərişəhərdə ekoloji aksiya təşkil edib | 1news.az | Xəbərlər
Cəmiyyət

COP29 könüllüləri İçərişəhərdə ekoloji aksiya təşkil edib

Qafar Ağayev09:46 - 18 / 07 / 2024
COP29 könüllüləri İçərişəhərdə ekoloji aksiya təşkil edib

COP29 Azərbaycan Əməliyyat Şirkəti ətraf mühitin mühafizəsində kollektiv iştirakçılıq və məsuliyyətə çağırış olaraq “Kiçik dostlarımız üçün təkrar istifadə” şüarı altında ekoloji aksiya təşkil edib.

1news.az xəbər verir ki, tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun tərəfdaşlığı ilə İçərişəhərdə baş tutub.

Aksiya çərçivəsində COP29 könüllüləri öncədən toplanan tullantı materiallarından təkrar istifadə etməklə funksional quş yuvalarının hazırlanması üçün bir araya gəliblər. Praktiki fəaliyyət ilə əhalinin marağına səbəb olan könüllülər aksiyaya qoşulan iştirakçılara müxtəlif növ tullantı materiallarından fərqli quş yuvalarının hazırlanması prosesini əyani nümayiş etdirib, tullantıların təkrar istifadəsi yolu ilə azaldılmasının faydası haqqında maraqlı faktlar bölüşüblər. Quş yuvaları daha sonra quş və kiçik heyvanların qida və su ehtiyaclarını təmin etməklə İçərişəhərdəki parkın ərazisində quraşdırılıb.

Yuvaların digər qisminin isə Qala Qoruğunda quraşdırılması nəzərdə tutulur.

COP29 könüllülərinin nəzəri bilik və praktiki fəaliyyətlərini birləşdirərək reallaşdırdıqları bu təşəbbüs mühüm iqlim məsələlərindən biri olan tullantıların idarə edilməsi və ətraf mühit, flora və faunanın mühafizəsi arasında olan əlaqənin vurğulanmasına, tullantıların məsuliyyətli idarəedilməsi kimi ekoloji dayanıqlı vərdişlərin gündəlik həyatda tətbiq edilməsinə ictimai diqqətin cəlb edilməsi, eləcə də kollektiv səylərin əvəzsiz rolunun bir daha vurğulanmasına xidmət edib.

Paylaş:
222

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər