Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - YENİLƏNİB

15:40 - 19 / 07 / 2024
Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid İbrahim Vəliyevin meyitinin qalıqları İmişli rayonunda dəfn edilib.

1news.az-ın “Report”a istinadən məlumatına görə, onun nəşi İmişli rayonu Muradxanlı kənd qəbiristanlığında torpağa tapşılıb.

13:57

Qalıqları Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid İbrahim Vəliyevin nəşi İmişli rayonuna gətirilib.

1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi İmişli rayonunun Muradxanlı kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, İbrahim Ələşrəf oğlu Vəliyev 1924-cü il iyunun 1-də anadan olub. O, 1993-cü il avqustun 23-də Füzuli rayonunun Alxanlı və Qaraxanlı kəndləri istiqamətində itkin düşüb.

İ.Vəliyev İmişli rayonu Şəhidlər xiyabanında dəfn olunacaq.

Paylaş:
465

Son xəbərlər

Bütün xəbərlər