Sumqayıtda avtomobil mağazaya çırpılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda avtomobil mağazaya çırpılıb

15:04 - 19 / 07 / 2024
Sumqayıtda avtomobil mağazaya çırpılıb

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayonunda, Zülfü Hacıyev küçəsində qeydə alınıb. İdarəetmədən çıxan “Mercedes” markalı avtomobil gül dükanına çırpılıb. Nəticədə 1 nəfər ağır xəsarət alıb.

Xəsarət alan şəxs Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

Paylaş:
338

Son xəbərlər

Bütün xəbərlər