İdeal seçiminiz: qabaqcıl süni intellekt texnologiyalı ASUS Vivobook S 15 - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İdeal seçiminiz: qabaqcıl süni intellekt texnologiyalı ASUS Vivobook S 15 - FOTO

10:00 - 22 / 07 / 2024
İdeal seçiminiz: qabaqcıl süni intellekt texnologiyalı ASUS Vivobook S 15 - FOTO

Müasir dünyada noutbuklar həm iş, həm də gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib – onlar bizə işlərimizi həll etməyə, yaxınlarınızla əlaqə saxlamağa və sevimli əyləncələrimizdən həzz almağa kömək edir.

Texnologiyalar ildən-ilə inkişaf edir və biz gündəlik həyatımıza qabaqcıl həllərin daxil olmasının şahidi oluruq. Belə inqilabi dəyişikliklərdən biri də süni intellektdir. Bu texnologiyalar həyatımızın hər sahəsinə nüfuz edərək onu daha rahat, ağıllı və səmərəli edir. Biz artıq müxtəlif sahələrdə bizə kömək edən səsli köməkçilərə, avtomatik sistemlərə və ağıllı cihazlara öyrəşmişik. Beləliklə, ASUS brendi bütün bu nailiyyətləri özündə birləşdirən Vivobook S 15 noutbukunu təqdim edir. Qabaqcıl süni intellekt texnologiyalarına malik və Copilot+ standartına cavab verən ilk noutbuk olan Vivobook S 15 təkcə bütün qabaqcıl həlləri özündə əks etdirmir, həm də onları geniş istifadəçilər üçün əlçatan edir.

Aşağıdakı materialda haqqında daha ətraflı danışacağımız ASUS Vivobook S 15 ilə süni intellektə əsaslanan gələcəyə xoş gəlmisiniz!

ASUS geniş istifadəçi kütləsi üçün nəzərdə tutulmuş Vivobook xəttində süni intellekt texnologiyalarına malik və Copilot+ standartına cavab verən ilk noutbuku təqdim edir. Vivobook S 15 sürəti və eleqantlığı özündə birləşdirən, minimalistik dizayna malik kompakt və dəbli noutbukdur. Dizayn və funksiyalarını Vivobook S 15 OLED S5506 versiyasından alan yeni Vivobook S 15 modeli müasir Qualcomm platformasına əsaslanır.

ASUS Vivobook S 15 noutbukunun əsas üstünlüklərdən bəhs edərkən onun qabaqcıl süni intellekt texnologiyalarını, o cümlədən Qualcomm AI Engine neyroprosessoru ilə təchiz edilmiş müasir Qualcomm Snapdragon X Elite prosessorunu təklif etməsini göstərmək olar. 3K genişlənməyə və 120Hz yeniləmə tezliyinə malik 15" ASUS Lumina OLED displeyi sayəsində üstün təsvirdən həzz alın. Noutbuk mobilliyi ilə heyranlıq doğurur: nazik (qalınlığı - 14,7 mm) və yüngül (çəki - 1,42 kq) bu noutbuk 18 saatadək avtonom iş ömrünü təmin edir.

2011-ci ildə ultrabuklar mobil kompüterlər üçün standarta çevrildiyi kimi noutbuklar üçün süni intellekt dövrünün başlanğıcı hesab olunan Vivobook S 15 də ASUS brendinin Copilot+ standartına cavab verən ilk noutbukudur. Bu noutbuka xüsusi Qualcomm AI Engine süni intellekt sürətləndiricisi, Windows əməliyyat sistemi səviyyəsində süni intellekt texnologiyaları dəstəyi və ASUS intellektual tətbiqləri daxildir.

45 Vt-luq termopaket ilə təchiz edilmiş Qualcomm Snapdragon X Elite prosessoru daxili Qualcomm AI Engine neyroprosessorunda 45 TOPS daxil olmaqla, süni intellekt tapşırıqlarında 75 TOPS-dək performansı təmin edir. Bu, məlumatları göndərmədən süni intellekt alqoritmlərini lokal şəkildə icra etmək üçün son dərəcə vacibdir. 70 Vts-lıq akkumulyator 1200 dövrə qədər uzadılmış xidmət müddəti ilə 18 saatadək iş ömrünü təmin edir. Digər komponentlərə sürətli 16GB və ya 32GB-lıq iki kanallı LPDDR5X yaddaşı, 1TB-dək sürətli PCIe SSD toplayıcısı və əvvəlki nəsildən 5 dəfəyə qədər daha sürətli məlumat ötürməsini təmin edən WiFi 7 standartlı Qualcomm FastConnect 7800 simsiz modulu daxildir.

Öz növbəsində, Windows 11 intellektual axtarış, sinxron altyazı tərcüməsi, Cocreator rəsm köməkçisi və oyunlarda supergenişlənmə funksiyaları kimi müxtəlif süni intellekt funksiyaları sayəsində Copilot+ noutbuklarının istifadəçilərinin imkanlarını daha da genişləndirir. Microsoft-un süni intellekt köməkçisinin imkanlarından ani yararlanmaq üçün Vivobook S 15 klaviaturası Copilot düyməsi ilə təchiz edilib. Süni intellekt əsaslı Copilot rəqəmsal köməkçisi suallara cavab verməyə, axtarış zamanı kömək etməyə və yaradıcı layihələr üçün ilham mənbəyinə çevrilməyə hazırdır. Süni intellekt alqoritmləri Windows-un və üçüncü tərəflərin çoxsaylı tətbiqlərində işi sürətləndirir və asanlaşdırır.

ASUS-un süni intellekt tətbiqləri foto və videoların təşkili üçün StoryCube tətbiqini, həmçinin təhlükəsizlik və səs keyfiyyəti üçün nəzərdə tutulmuş daxili tətbiqləri əhatə edir. Məsələn, süni intellekt əsaslı AiSense vebkamerası istifadəçinin gözünün izlənməsi ilə ekranın adaptiv tutqunlaşmasını, 3 ölçülü 3DNR səsboğucu sistemini və videoçəkiliş zamanı işıq korreksiyasını dəstəkləyir. Çoxsaylı mikrofonlarla təchiz edilmiş ASUSAI Noise Cancelation intellektual səsboğucu sistemi zənglər və videokonfranslar zamanı aydın səsi təmin edir.

ASUS Lumina OLED displeyi yüksək rəng dəqiqliyini, həmçinin rəng məkanının seçimi və OLED enerjiyə qənaət rejimi kimi intellektual kökləmə funksiyalarını təklif edir. O, foto və video materiallarının peşəkar emalı üçün ideal olan 100%-lik DCI-P3 kinematoqrafiya rəng diapazonunu təmin edir. OLED panelləri həmçinin zərərli mavi işıq şüalanmasını LCD displeylərlə müqayisədə 70% daha artıq azaltmaqla gözlər üçün komfortlu mühiti təmin edir. VESA DisplayHDR 500 sertifikatı 1000.000:1 kontrast nisbəti ilə yüksək kontrastı və 0,2 ms-lik aşağı reaksiya müddəti sayəsində yüksək keyfiyyət standartlarını təsdiqləyir.

Noutbukun ekranı 180° açılır, iki ventilyatorlu ASUS IceCool soyutma sistemi isə prosessoru 45 Vt-dək dəstəkləyir. RGB alt işıqlanmaya və maili klavişlərə malik ASUS ErgoSense klaviaturası komfortlu istifadəni təmin edir. Noutbuk USB-A, HDMI, Thunderbolt 4/USB Type-C və microSD rideri daxil olmaqla, tam interfeys dəstinə malikdir. Bütöv metaldan hazırlanan korpus (14,7 mm, 1,42 kq) yüngül və davamlıdır, MyASUS proqram təminatına isə optimallaşdırma və texniki dəstək üçün tətbiqlər, həmçinin ventilyatorun iş rejimləri daxildir. Noutbuk MIL-STD 810H etibarlılıq standartına uyğun olaraq sınaqdan keçirilib.

Beləliklə, Vivobook S 15 keyfiyyət, qiymət və funksional imkanlar arasında mükəmməl nisbəti təcəssüm etdirən ağıllı seçimdir. Bu noutbuk qabaqcıl süni intellekt texnologiyalarını, yüksək keyfiyyətli OLED displeyini, qabaqcıl prosessor həllərini və erqonomik dizaynı özündə birləşdirir. Soyutma sistemi və uzunömürlü akkumulyator uzunmüddətli və sabit iş imkanını təmin edir, tam interfeys dəsti və MyASUS proqram təminatı isə rahatlıq və funksionallıq əlavə edir. Vivobook S 15 həm peşəkar tapşırıqlar, həm də gündəlik ehtiyaclar üçün idealdır ki, bu da onu münasib qiymətə keyfiyyəti və səmərəliliyi dəyərləndirənlər üçün əla seçim edir!

Reklam hüququnda

Paylaş:
409

Son xəbərlər

Siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib07 / 09 / 2024, 18:19Şirvanda qəza olub, iki nəfər yaralanıb07 / 09 / 2024, 17:54Qəzzada ölənlərin sayı 41 minə çatır07 / 09 / 2024, 17:26Masallıda 13 yaşlı sərnişin yol qəzasında ölüb07 / 09 / 2024, 16:58Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb07 / 09 / 2024, 16:32Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib07 / 09 / 2024, 16:27Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib07 / 09 / 2024, 15:59Azərbaycanda dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək07 / 09 / 2024, 15:38Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik edib07 / 09 / 2024, 15:0527 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb07 / 09 / 2024, 14:44Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildi07 / 09 / 2024, 14:22FHN: Ötən sutka ərzində 13 nəfər xilas edilib07 / 09 / 2024, 13:47Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edib07 / 09 / 2024, 13:26Azərbaycanın amfibiya təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınlarına cəlb olunub07 / 09 / 2024, 12:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri07 / 09 / 2024, 12:43Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb07 / 09 / 2024, 12:30Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk07 / 09 / 2024, 12:21Azərbaycan nefti ucuzlaşıb07 / 09 / 2024, 12:05İlham Əliyev Braziliya liderini təbrik edib07 / 09 / 2024, 12:01Sabahın hava proqnozu07 / 09 / 2024, 11:41
Bütün xəbərlər