BU gündən Şuşada II Qlobal Media Forum başlayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

BU gündən Şuşada II Qlobal Media Forum başlayacaq

Qafar Ağayev09:00 - 20 / 07 / 2024
BU gündən Şuşada II Qlobal Media Forum başlayacaq

Şuşada iyulun 20-22-də II Qlobal Media Forumu keçiriləcək.

1news.az-ın məlumatına görə, forumun mövzusu “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” olacaq.

Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.

Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat veriləcək.

Qeyd edək ki, 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatılacağı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayacaq.

Xatırladaq ki, I Şuşa Qlobal Media Forumu ötən il iyulun 21-23-də keçirilib. “4-cü Sənaye inqilabı dövründə yeni media” mövzusunda I Media Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Paylaş:
262

Son xəbərlər

MDB regionu üzrə turizm əlaqələri müzakirə edilibBu gün, 14:02Mastercard VIII Beynəlxalq Bankçılıq Forumunda qlobal sponsor olaraq iştirak edibBu gün, 13:48Sahibsiz heyvanlar qatarların hərəkətinə təhlükə yaradır - ADY-dən ÇAĞIRIŞBu gün, 13:35Bakıda NATO-nun təlim kursu keçirilibBu gün, 13:08Harvard Universitetinin “Growth Lab” Mərkəzi Azərbaycanda həyata keçirilən əməkhaqqı islahatlarını yüksək qiymətləndiribBu gün, 12:49Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33“PAŞA Holding”in dəstək göstərdiyi “Holberton School Azerbaijan” məktəbinin ikinci məzun günü baş tutub - FOTOBu gün, 12:14“Azərkosmos”un nizamnamə kapitalı 75 milyon manat artırılıbBu gün, 12:12CodeForFuture — İT sahəsində Azərbaycan tələbələrinin uğura gedən yoluBu gün, 12:09Bakıda Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr olunmuş beynəlxalq konfrans keçirilibBu gün, 11:58İlham Əliyev Finlandiya Prezidentinə təbrik məktubu göndəribBu gün, 11:39Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə İctimai Şuranın üzvləri arasında görüş keçirilib.Bu gün, 11:32Suriyada son vəziyyət: Hama vilayətinə nəzarət edən rejimə qarşı qruplar Homs istiqamətində irəliləyirBu gün, 11:24Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdıBu gün, 11:14Azərbaycanlıların qayıdış hüququna həsr olunmuş beynəlxalq konfransın yekun sənədi qəbul edilibBu gün, 11:08Sumqayıt və Lənkəranda növbəti güzəştli mənzillərin satışına start verilibBu gün, 11:02Koroğlu Rəhimov küçəsində obyektin parkinqinə çevrilən piyada səkisi - Hansı tədbirlər görüləcək? - FOTOBu gün, 10:58Agentlik: İcbari tibbi sığorta hesabına 690 mindən çox fizioterapiya xidməti göstərilibBu gün, 10:35Beyləqanda avtomobillər toqquşubBu gün, 10:33Bələdiyyəyə namizədlərin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-ya təqdim edilməsinə başlanılırBu gün, 10:02
Bütün xəbərlər