Forum çərçivəsində süni intellektin müasir media mühitinə təsirləri müzakirə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Forum çərçivəsində süni intellektin müasir media mühitinə təsirləri müzakirə olunub

Qafar Ağayev13:44 - 22 / 07 / 2024
Forum çərçivəsində süni intellektin müasir media mühitinə təsirləri müzakirə olunub

“Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumunun sonuncu günü texnologiya və media sahələrinin nümayəndələrinin iştirakı ilə “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” mövzusu ilə başlayıb.

1news.az xəbər verir ki, “Haber Global”ın aparıcısı Saynur Tezelin moderatorluğu ilə keçirilən panel müzakirədə “Pakistan Daily” qəzetinin redaktoru Hamza Azhar Salam, Koreya Siyasi Elm Assosiasiyasının vitse-prezidenti, HK+ Milli Strategiyalar Araşdırma Layihəsi Agentliyinin müdir müavini, Hankuk Xarici Tədqiqatlar Universitetinin professoru Gi Woong Jung, Qlobal Siyasət İnstitutunun Prezidenti, Bay Atlantik Universitetinin professoru Paolo Liebl Von Schirach və Afrika İttifaqı Komissiyasının İnformasiya və kommunikasiya direktoru Leslie Richer tərəfindən dezinformasiyanın yayılmasında və qarşısının alınmasında rol oynayan texnologiyalar, süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri, eyni zamanda media savadlılığının dezinformasiyaya qarşı mübarizədə önəmi, rəqəmsal əsrdə dezinformasiyanın yaradılması və yayılmasında süni intellektin yaratdığı imkanlara qarşı həll yolu kimi istehlakçıların media savadlılığının artırılması, bu istiqamətdə müxtəlif tərəflərin effektiv əməkdaşlıq modelləri müzakirə edilib.

Diqqətə çatdırılıb ki, texnologiyaların geniş tətbiqi rəqəmsal media mühitini getdikcə mürəkkəbləşdirməklə yanaşı, dezinformasiyanın əhatə dairəsini önəmli dərəcədə genişləndirir, istifadəçilərə məlumat istehlakçısı olmaqla yanaşı istehsalçısı statusunu da qazandırır. “Məhz bu kontekstdə texnologiyanın reallığa, mediaya və dezinformasiyaya təsirini təhlil etmək və media savadlı istehlakçıların yetişdirilməsini təşviq etmək günümüzün əsas prioritetlərindən hesab oluna bilər”, - deyə vurğulanıb.

Paylaş:
334

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər