Kamran Əlyev: İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb
2024-cü ilin birinci yarımili ərzində intihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb.
1news.az xəbər verir ki, bunu Baş Prokurorluqda hazırda keçirilən Geniş Kollegiya İclasında Baş prokuror Kamran Əliyev bildirib.
Baş prokuror deyib ki, Aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir.
Belə ki, 2024-cü ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrin sayı 1,9 %, intihara cəhd hadisələrin sayı isə 8,9 % azalmışdır.
221