Bu ilin birinci yarımilində 8 prokurorluq işçisi cəzalandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ilin birinci yarımilində 8 prokurorluq işçisi cəzalandırılıb

Qafar Ağayev12:48 - 22 / 07 / 2024
Bu ilin birinci yarımilində 8 prokurorluq işçisi cəzalandırılıb

2024-cü ilin birinci yarımilində 8 prokurorluq işçisi cəzalandırılıb.

1news.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda onlayn formatda keçirilən geniş Kollegiya iclasında bildirib.
Qeyd edilib ki, 2024-cü ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə, 8 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

Məlumata görə, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 3 nəfər vəzifədən azad olunub, 4 nəfərə töhmət və ya şiddətdi töhmət verilib.

Paylaş:
426

Son xəbərlər

Bütün xəbərlər