Tovuz istiqamətində kəşfiyyat uçuşuna cəhd göstərən Ermənistana məxsus PUA uzaqlaşdırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuz istiqamətində kəşfiyyat uçuşuna cəhd göstərən Ermənistana məxsus PUA uzaqlaşdırıldı

Qafar Ağayev16:10 - 25 / 07 / 2024
Tovuz istiqamətində kəşfiyyat uçuşuna cəhd göstərən Ermənistana məxsus PUA uzaqlaşdırıldı

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter iyulun 25-də saat 10:55 radələrində Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən (MN) bildirilib.

"Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının (PUA) fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb", - məlumatda qeyd olunub.

Paylaş:
512

Son xəbərlər

Bütün xəbərlər