İsmayıllıda çətənə kolu yetişdirən şəxslər saxlanılıblar - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıda çətənə kolu yetişdirən şəxslər saxlanılıblar - FOTO

Qafar Ağayev09:47 - 25 / 07 / 2024
İsmayıllıda çətənə kolu yetişdirən şəxslər saxlanılıblar - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum olunmuş Xürrəm Rəcəbov və Şahin Məmmədov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, onların yaşadıqları ünvanlara baxış keçirilərkən xüsusi qulluq göstərərək yetişdirdikləri çətənə kolları aşkar olunub.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
235

Son xəbərlər

Bütün xəbərlər