Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb

Qafar Ağayev15:45 - 26 / 07 / 2024
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb

İyulun 26-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclası ilə əlaqədar ölkəmizdə səfərdə olan Serbiyanın mədəniyyət naziri, Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviçlə görüşüb.

1news.az xəbər verir ki, qonağı salamlayan Adil Kərimli Azərbaycan ilə Serbiya arasında əlaqələrin iki ölkənin rəhbərlərinin səmimi dostluğa və qarşılıqlı etimada əsaslanan münasibətləri zəminində hərtərəfli inkişaf etdiyini bildirib. Qeyd olunub ki, iki ölkə arasında mədəni əlaqələrin də geniş perspektivləri var. Eyni zamanda mədəniyyət sahəsində əməkdaşlıq üçün hüquqi baza mövcuddur. 2011-ci ildə Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Nazir Nikola Selakoviç səmimi qəbula görə təşəkkürünü bildirib, hökumətlərarası komissiyanın iyulun 25-də gerçəkləşən iclasını yüksək qiymətləndirib.

Söhbət zamanı mədəniyyətin müxtəlif sahələri üzrə geniş əməkdaşlıq formatı müzakirə edilib. Həmçinin bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iqlim dəyişikliyinin mədəniyyət sahəsinə təsiri, habelə ətraf mühitin qorunmasında mədəniyyətin rolu məsələləri ilə bağlı müzakirələr aparılacağı diqqətə çatdırılıb. Serbiyanın COP29-da iştirakının məmnunluq doğuracağı bildirilib.

Nikola Selakoviç öz növbəsində Azərbaycanın mədəniyyət nazirini ölkəsinə rəsmi səfərə dəvət edib.

Paylaş:
380

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər