Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Qafar Ağayev17:27 - 26 / 07 / 2024
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 29-30 iyul tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

ADY-dən 1news.az-a verilən məlumata görə, bundan əlavə, Bakı-Ağstafa-Bakı qatarlarımız ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətdə hərəkət edir.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Paylaş:
585

Son xəbərlər

Bütün xəbərlər