Baş nazir Əli Əsədov İranın yeni təyin olunmuş Birinci vitse-prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş nazir Əli Əsədov İranın yeni təyin olunmuş Birinci vitse-prezidentini təbrik edib

Qafar Ağayev13:43 - 29 / 07 / 2024
Baş nazir Əli Əsədov İranın yeni təyin olunmuş Birinci vitse-prezidentini təbrik edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Məhəmməd Reza Arefə İran İslam Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

1news.az-ın xəbərinə görə, məktubda vurğulanıb ki, Azərbaycan Respublikası İran İslam Respublikası ilə ortaq dini-mədəni köklər, qarşılıqlı hörmət və mehriban qonşuluq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verir.

Azərbaycan-İran əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə addımların atılmasına hazırlıq ifadə olunub.

Paylaş:
517

Son xəbərlər

Bütün xəbərlər