Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub - Faktiki hava
İyulun 29-u saat 8:30-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.
Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Lənkəranda 68 mm, Astarada 59 mm, Şəkidə 57 mm, Yardımlıda 42 mm, Lerik, Gədəbəydə 35 mm, Gəncədə 33 mm, Göygöldə 29 mm, Kürdəmirdə 26 mm, Şəmkirdə 24 mm, Şahdağda 22 mm, Tovuz, Qaxda (Sarıbaş) 19 mm, Daşkəsən, Zaqatalada 18 mm, Balakəndə 14 mm, Oğuzda 10 mm, Qubada 9 mm, Qusar, Qrızda 8 mm, Şirvanda 7 mm, Göyçay, Şamaxıda 6 mm, Sədərək, Qəbələ, Tərtər, Bərdə, Yevlax, Ağstafa, İsmayıllı, Göyçay, Kürdəmir, Xaltan, Beyləqan, Naftalan, Mingəçevir, Zərdab, Altıağac, Qobustan, Naxçıvan, Şərur, Ağdam, Sabirabad, Cəfərxan, Biləsuvar, Kəlvəz, İmişli, Cəfərxan, Şabranda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Şimal-qərb küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 20 m/s, Neftçalada 16 m/s, Qax, Şirvanda 15 m/s-yə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.
Daşkəsən, Göygöl, Göyçay, Naftalan, Şəmkir, Qrız, Şahdağ, Lerik, Şəki, Balakəndə duman müşahidə olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 22, Naxçıvan MR-da 20, Aran rayonlarında 22, dağlıq rayonlarda isə 14 dərəcəyədək isti olub.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin iyulun 29-u axşamadək davam edəcəyi, iyulun 30-da dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.