Çaylarda suyun səviyyəsinin artması selə səbəb olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda suyun səviyyəsinin artması selə səbəb olub

Qafar Ağayev10:02 - 29 / 07 / 2024
Çaylarda suyun səviyyəsinin artması selə səbəb olub

Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən verilən məlumata görə, ölkənin əksər bğlgələrinə yağan intensiv yağıntılarla əlaqədar hazırda Samux rayon ərazisindən axan Qabırrıçaydan, Göygöl və Samux rayon ərazilərindən axan Qoşqarçaydan, Daşkəsən, Göygöl rayonları və Gəncə şəhəri ərazisindən axan Gəncəçaydan, Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan, Tovuz rayon ərazisindən axan Zəyəmçaydan, Göygöl rayon ərazisindən axan Kürəkçaydan, Balakən rayonu ərazisindən axan Balakənçaydan sel keçir.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev 1news.az-a bildirib ki, ötən gün ərzində yağan leysan xarakterli yağıntılar nəticəsində gecə saatlarında Tovuz rayonu ərazisindən axan Axıncaçayda da suyun səviyyəsi artaraq selin baş verməsinə səbəb olub.

Paylaş:
428

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər