AZAL və “Azərsun Holdinq” yaşıl dünya naminə əməkdaşlığa başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL və “Azərsun Holdinq” yaşıl dünya naminə əməkdaşlığa başlayıb

Qafar Ağayev10:52 - 29 / 07 / 2024
AZAL və “Azərsun Holdinq” yaşıl dünya naminə əməkdaşlığa başlayıb

Milli aviadaşıyıcı - “Azərbaycan Hava Yolları” QSC (AZAL) və “Azərsun Holdinq” MMC Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində davamlı inkişaf təcrübələrinin təkmilləşdirilməsi və ətraf mühitin mühafizəsi üçün “Daha təmiz dünya-daha parlaq səma!” adlı birgə layihəyə start verib.

1news.az AZAL-a istinadən xəbər verir ki, “Yaşıl Dünya naminə Həmrəylik İli” çərçivəsində keçirilən bu təşəbbüsün əsas məqsədi kağız resurslarından istifadənin azaldılmasına, tullantıların təkrar emalının təşviqinə və ətraf mühitə zərərli təsirlərin minimuma endirilməsinə yönəlmiş tədbirlər tətbiq etməklə yaşıl, ekoloji cəhətdən məsuliyyətli gələcəyin yaradılmasına töhfə verməkdir.

İlkin olaraq Bakı hava limanında kağız tullantılarının yığılması üçün xüsusi qablar quraşdırılıb ki, bu da daha təmiz və dayanıqlı ətraf mühitin yaradılması istiqamətində növbəti addımların başlanğıcıdır. Layihə çərçivəsində toplanmış tullantı kağızları holdinqə məxsus "Azərbaycan Kağız və Karton İstehsal Kombinatı" MMC təkrar emal edəcək.

Təkrar emal olunmuş kağız istehsalı havanı ilkin xammaldan istehsal ediləndən 73% -ə qədər daha az çirkləndirir. Bundan əlavə, hər ton təkrar emal edilmiş kağız təxminən 17 ağacı xilas etməyə və 3.3 m3 tullantının azalmasına kömək edir.

Hər kəsi planetimizin gələcək nəsillər üçün qorunmasında şübhəsiz bəhrəsini verəcək bu mühüm təşəbbüsə ümumi iştiraka və dəstəyə çağırırıq!

Paylaş:
281

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər