Azərbaycan-Çin mədəni əməkdaşlığının geniş perspektivləri müzakirə olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan-Çin mədəni əməkdaşlığının geniş perspektivləri müzakirə olunub - FOTO

Qafar Ağayev13:54 - 30 / 07 / 2024
Azərbaycan-Çin mədəni əməkdaşlığının geniş perspektivləri müzakirə olunub - FOTO

Mədəniyyət naziri Adil Kərimli iyulun 29-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası (ÇXR) mədəniyyət və turizm nazirinin müavini, Milli Mədəni İrs Administrasiyasının rəhbəri Li Çunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az xəbər verir ki, Çin nümayəndə heyətində bu ölkənin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao, Mədəni İrs Akademiyasının baş direktoru Li Liusan və digər rəsmi şəxslər yer alıblar.

Nümayəndə heyətini salamlayan nazir Azərbaycan ilə Çin arasında əlaqələrdən bəhs edib. Qeyd olunub ki, dövlət başçılarımızın siyasi iradəsi ilə Azərbaycan və Çin arasında qarşılıqlı maraq və etimada əsaslanan geniş spektrli əməkdaşlıq qurulub. Bu ilin 3 iyul tarixində Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” ilə iki ölkənin əlaqələrində yeni səhifə açılıb.

İldən-ilə genişlənən əlaqələrdə mədəni əməkdaşlığın xüsusi yer tutduğunu deyən Adil Kərim Azərbaycanın mədəniyyətin müxtəlif sahələrində əlaqələrin daha da inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Nazir həmçinin 2023-cü ilin sentyabr ayında Çinə səfərinin onda dərin təəssürat yaratdığını bildirib, orada keçirilən görüşlərin gələcək əməkdaşlıq üçün əhəmiyyətini vurğulayıb.

Çin mədəniyyət və turizm nazirinin müavini, Milli Mədəni İrs Administrasiyasının rəhbəri Li Çun səmimi qəbula görə təşəkkürünü bildirib, ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu ifadə edib.

Asiya Mədəni İrsi Qoruma Alyansı (AMİQA) haqqında məlumat verən Milli Mədəni İrs Administrasiyasının rəhbəri qurum tərəfindən müxtəlif istiqamətlər üzrə 15 proqramın həyata keçirildiyini deyib.

Li Çun AMİQA-nın ixtisaslaşdırılmış strukturlarında Azərbaycan tərəfinin də təmsil olunmasının əhəmiyyətini bildirib, ölkəmizin alyansın 4-cü konfransına ev sahibliyi etməsi ilə bağlı təkliflə çıxış edib. Qeyd olunub ki, sualtı irsin öyrənilməsi sahəsində də böyük təcrübəyə malik alyans tərəfindən Xəzərin Azərbaycan sektorunda sualtı irsin araşdırılması ilə bağlı layihə də həyata keçirilə bilər. O, həmçinin Azərbaycanın mədəni irsin rəqəmsal monitorinqi sahəsində təcrübəsini öyrənmək istədiklərini dilə gətirib.

Söhbət zamanı iki ölkə sənətçilərinin və yaradıcılıq kollektivlərinin qarşılıqlı qastrol səfərlərinin əhəmiyyəti vurğulanıb. Mədəni əməkdaşlığa dair yol xəritələrinin və memorandum layihələrinin işlənilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan Mədəniyyət Nazirliyinə Çin tərəfindən müvafiq memorandum layihələri təqdim edilib. Li Çun deyib ki, iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcək memorandumların gələn il Pekində imzalanması yaxşı olardı. Milli Mədəni İrs Administrasiyasının rəhbəri eyni zamanda Çinin məşhur "798 Art Zone" mədəniyyət kompleksində Azərbaycan qalereyasını da görmək istədiklərini bildirib.

Görüş zamanı Azərbaycanın bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi nümayəndə heyətinin diqqətinə çatdırılıb. Qeyd edilib ki, COP29 çərçivəsində mədəniyyətə iqlim dəyişikliyi kontekstində baxış məsələləri də gündəmə gətiriləcək, eyni zamanda ətraf mühitin qorunmasında mədəniyyətin rolu ilə bağlı müzakirələr aparılacaq. Çin tərəfinin bu mötəbər tədbirdə iştirakının əhəmiyyətli olacağı bildirilib.

Sonra tərəfləri maraqlarından digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Paylaş:
287

Son xəbərlər

Bakıda daha bir yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaqBu gün, 16:26Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşübBu gün, 16:23Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib - FOTOBu gün, 16:05Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunubBu gün, 15:50Qrip əleyhinə peyvəndlə bağlı valideynlərə çağırış edilibBu gün, 15:43Allahşükür Paşazadə sabah Rusiyaya gedəcəkBu gün, 15:09Hikmət Hacıyev: İşğal dövründə Azərbaycanın bir çox mədəni və dini abidələri dağıdılıbBu gün, 14:57Bal yarmarkasında satışa ən çox cökə balı çıxarılıbBu gün, 14:53Kapital Bank-ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verildiBu gün, 14:24Kütləvi davada tələbə 5 xəncər zərbəsi alıbBu gün, 14:07“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin qalibi seçilibBu gün, 13:37Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyənləşibBu gün, 13:16Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib - Baş nazir qərar imzaladıBu gün, 13:12KOB-ların maliyyələşdirilməsi ilə bağlı 6-cı qrant müsabiqəsi elan edilirBu gün, 12:54“28 May” metrostansiyası ilə Hövsan Yaşayış Kompleksi arasında yeni marşrut xətti açıldıBu gün, 12:398 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir - FOTOBu gün, 12:32I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul yenidən aktivləşdirilibBu gün, 12:28Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıbBu gün, 12:14İş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:0227 dərəcəyədək isti olacaq - Sabahın havası açıqlandıBu gün, 11:50
Bütün xəbərlər