Samuxda sel nəticəsində evlərin zirzəmilərini və həyətyanı sahələri su basıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Samuxda sel nəticəsində evlərin zirzəmilərini və həyətyanı sahələri su basıb - VİDEO

Qafar Ağayev12:38 - 30 / 07 / 2024
Samuxda sel nəticəsində evlərin zirzəmilərini və həyətyanı sahələri su basıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Qabırrıçay çayına sel gəlməsi səbəbindən Samux rayonunun Burunqovaq kəndində bəzi fərdi yaşayış evlərinin zirzəmilərinin və həyətyanı sahələrinin subasmaya məruz qalması barədə məlumat daxil olub.

1news.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətiməlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub. Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir.

Paylaş:
250

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər