“Gənc bərpaçıların inkişafı üzrə tədris proqramı”na dair Anlaşma Memorandumu imzalanıb | 1news.az | Xəbərlər
Mədəniyyət

“Gənc bərpaçıların inkişafı üzrə tədris proqramı”na dair Anlaşma Memorandumu imzalanıb

Qafar Ağayev14:43 - 31 / 07 / 2024
“Gənc bərpaçıların inkişafı üzrə tədris proqramı”na dair Anlaşma Memorandumu imzalanıb

31 iyul 2024-cü il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və “Atelier Erich Pummer” şirkəti arasında “Gənc bərpaçıların inkişafı üzrə tədris proqramı” haqqında Anlaşma Memorandumu imzalanıb.

1news.az xəbər verir ki, Anlaşma Memorandumu müvafiq olaraq “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə, AzMİU-nun rektoru Gülçöhrə Məmmədova və “Atelier Erich Pummer” şirkətinin rəhbəri, bərpaçı-memar Erix Pummer tərəfindən imzalanıb.

Sözügedən proqramın məqsədi gənc bərpaçıların akademik, praktiki bilik və səriştələrinin artırılması, onlara beynəlxalq təcrübənin aşılanması məqsədilə tərəfdaşların səylərini birləşdirməkdir.

İmzalanmış üçtərəfli Anlaşma Memorandumuna əsasən tərəfdaşlar tərəfindən “Gənc bərpaçıların inkişafı üzrə tədris proqramı”nın iştirakçıları üçün İçərişəhərdə nəzəri və praktiki məşğələlərin tədrisi moduluna başlanılacaqdır. Tədris modulunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Memarlıq abidələrinin bərpası və mühafizəsi” ikili diplom magistr dərəcəsi üzrə təhsil alan tələbələri ilə yanaşı, Tarixi Abidələrin Bərpası Məktəbinin (Mak’TAB) dinləyiciləri də iştirak etmək imkanı əldə edəcəklər. Qeyd edək ki, Mak’TAB gənc bərpaçılara qabaqcıl bərpa metodlarının təlimi üzrə təcrübənin öyrədilməsini həyata keçirir.

Anlaşma Memorandumundan irəli gələn bu vacib əməkdaşlıq nəticəsində qarşıya qoyulan hədəf gənc bərpaçı milli kadr potensialının gücləndirilməsi, beynəlxalq tələblərə cavab verən yerli mütəxəssislərin yetişdirilməsi, eləcə də ölkənin zəngin tarixi-mədəni irsinin qorunması, xüsusilə işğaldan azad edilmiş Qarabağ bölgəsində aparılan bərpa işlərinə dəstək olmaq və töhfə verməkdir.

Paylaş:
481

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər