Qaradağ və Binəqədi rayonlarının bəzi hissələrində qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaradağ və Binəqədi rayonlarının bəzi hissələrində qaz olmayacaq

Qafar Ağayev09:12 - 31 / 07 / 2024
Qaradağ və Binəqədi rayonlarının bəzi hissələrində qaz olmayacaq

“Lökbatan” QPS-də və Binəqədi rayonundakı Ayna Sultanova ölçü qovşağında 31.07.2024-cü il tarixdə saat 10:00-dan etibarən təmir-bərpa işləri aparılacaq.

"Azəriqaz"dan 1news.az-a verilən məlumata görə, işlər yekunlaşanadək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksində və bir sıra qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Məlumata görə, bununla bərabər Binəqədi rayonunun Atatürk, Ziya Bünyatov prospekti və Səttar Bəhlulzadə, Naxçıvani küçələrinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş:
251

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər