ABŞ səfiri bazara gedib Azərbaycan dilində danışdı - VİDEO
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibəti ilə paylaşım edib.
1news.az xəbər verir ki, səfir Mark Libbi (Mark Libby) Bakıda bazara gedərək, orada Azərbaycan dilində danışıb.
Paylaşımı təqdim edirik:
“Azərbaycan Dili və Əlifbası Günündə sizə Səfir və səfirlikdə çalışan amerikalıların Azərbaycan dilində danışıq bacarıqlarını təqdim etmək istəyirik. Onların gündəlik həyatda və məişətdə, habelə poeziya kitablarını oxuyarkən nümayiş etdirdikləri dil bacarıqlarını təqdim etdiyimiz videoda izləyə bilərsiniz. Azərbaycan dilini daha da təkmilləşdirmək üçün hansı tövsiyələriniz var?” – deyə paylaşımda qeyd olunub.
Azərbaycan Dili və Əlifbası Günündə sizə Səfir və səfirlikdə çalışan amerikalıların Azərbaycan dilində danışıq bacarıqlarını təqdim etmək istəyirik. Onların gündəlik həyatda və məişətdə, habelə poeziya kitablarını oxuyarkən nümayiş etdirdikləri dil bacarıqlarını təqdim etdiyimiz… pic.twitter.com/MtCQOIWvrv — U.S. Embassy Baku (@USEmbassyBaku) August 1, 2024