Bakının Əhmədbəy Ağaoğlu küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının Əhmədbəy Ağaoğlu küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

16:11 - 01 / 08 / 2024
Bakının Əhmədbəy Ağaoğlu küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

Sabah saat 00:00-dan 5 avqust saat 06:00-a qədər Bakının Nərimanov rayonunun Əhmədbəy Ağaoğlu küçəsində (Təbriz küçəsi ilə kəsişmədən Fətəli xan Xoyski prospektinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

1news.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Paylaş:
263

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər