Nazir üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Qafar Ağayev15:41 - 02 / 08 / 2024
Nazir üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əsəd Qurbanzadə ilə növbəti görüşünü keçirib.

1news.az xəbər verir ki, görüşdə Mentorluq proqramı çərçivəsində görüləcək işlər müzakirə olunub, fərdi inkişaf planına nəzər salınıb, qalibin çalışdığı sahə üzrə qazandığı biliklər və növbəti addımları öyrənilib, mövcud potensialının inkişaf etdirilməsi istiqamətində ona tövsiyələr verilib.

Görüşdə, eyni zamanda, bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
284

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər