Bakının 8 Noyabr prospektində hərəkət tam məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının 8 Noyabr prospektində hərəkət tam məhdudlaşdırılacaq

10:33 - 02 / 08 / 2024
Bakının 8 Noyabr prospektində hərəkət tam məhdudlaşdırılacaq

Sabah saat 06:00-dan Bakının Xətai rayonunun Noyabr prospektində (Zığ dairəsindən Sadıqcan küçəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

1news.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Paylaş:
274

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər